Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qüdrətli söz ustası” adlı ədəbiyyat  saatı keçirilib

03.03.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı kitabxana filialında 03.03.2022-ci il tarixində yazıçı Fərman Kərimzadənin anadan olması günü ilə əlaqədar ”Qüdrətli söz ustası” adlı ədəbiyyat  saatı keçirildi. 

Filialın müdiri Firuzə Yunusova onun həyatı və yaradıcılığından danışdı. “Son eksponat”, “Toy toğlusu”, “Mis qazan”, “Talada”, “Ümid”, “Xınalı” hekayələri, “Xallı maral”, “Toy dəvətnaməsi” povestləri böyük uğur qazansa da, yazıçı daha çox “Qarlı aşırım”, “Xudafərin körpüsü”, “Çaldıran döyüşü” kimi tarixi romanların, “Təbriz namusu”, “Qoca qartalın ölümü” əsərlərinin müəllifi kimi tanındı və sevildi. O, yazıçı olmamışdan əvvəl həm də rəssam idi. Baharda dünyaya gələn sənətkar elə baharda da – 1989-cu il mayın 17-də dünyasını dəyişdi. Bizə qalan isə əsərləri və “Qarlı aşırım” romanı əsasında rejissor Kamil Rüstəmbəyovun 1971-ci ildə ekranlaşdırdığı “Axırıncı aşırım” filmi oldu. O film ki, Azərbaycan kinosunun şah əsərlərindən biridir.

Tədbirdə filialın oxucuları iştirak etdilər.

 

124.9 KB